BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya

BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya
18.08.2026 22:08 Dünya

BMT İsrailin Suriyanın ərazisinə növbəti hava zərbələrindən narahatdır, belə hücumlar dayandırılmalıdır.

TodayPress TV xəbər verir ki, bunu brifinq zamanı dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Biz bu zərbələri gördük. Bu, Suriyanın ərazi bütövlüyünün və hava məkanının növbəti dərəcədə narahatedici pozuntusudur. Belə hava zərbələri dayandırılmalıdır, biz onlara qarşıyıq", - deyə o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl "Syria TV" telekanalı mənbəyə istinadən İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətindəki Əbu-Duhur aerodromuna bir neçə zərbə endirdiyini açıqlayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər