Emin Cavadlı bürünc medal qazandı

Emin Cavadlı bürünc medal qazandı
18.08.2026 21:30 İdman

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da medalçılar müəyyənləşib.

Azərbaycan təmsilçisi Emin Cavadlı (55 kq) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb.

Rəqibinə heç bir şans tanımayan təmsilçimiz tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.

Bununla da millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) isə bürünc medal əldə edib.

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər