Suriya zərbəsinin pərdəarxası: İsrail Türkiyəni hədəf aldı?
İsrailin Suriyanın İdlib vilayətində yerləşən Əbu əl-Duhur aviabazasına endirdiyi zərbənin səbəbi ilə bağlı yeni açıqlama verilib.
TodayPress TV xəbər verir ki, İsrailli rəsmi “Axios”a bildirib ki, hücumun əsas məqsədi Türkiyənin Suriyadakı hərbi mövcudluğunu genişləndirməsinin qarşısını almaq olub.
Lakin Türkiyəli rəsmi bu iddianı təkzib edib. O bildirib ki, aviabazada Türkiyə hərbi qüvvələrinin mövcudluğu olmayıb.
Türkiyəli rəsmi İsraili qonşu ölkələrə zərbələr endirmək və regionu sabitsizləşdirmək üçün bəhanələr uydurmaqda ittiham edib.
Hadisə İsrail və Türkiyə arasında Suriya məsələsi üzrə artan gərginliyi daha da artırıb.
Kübra Musayeva