“Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir

“Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir
18.08.2026 17:45 İdman

AFFA-nın texniki direktoru Edmond Klaus Bayıl stadionunda – Futbol İnkişaf Mərkəzində olub.

TodayPress TV xəbər verir ki, niderlandlı mütəxəssis “Sabahın ulduzları” Bakı Kuboku çərçivəsində keçirilən oyunları stadiondan canlı izləyib. O, gənc futbolçuların çıxışını və onların inkişaf potensialını müşahidə edib.

Edmond Klausun rəhbərliyi altında fəaliyyət göstərən seleksiya qrupu U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandası üçün namizədlərin seçimlərini aparır.

Qeyd edək ki, “Sabahın ulduzları” Bakı Kuboku AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Bayıl stadionunda keçirilir. Stadion əsaslı təmirdən sonra bu mövsümdən etibarən uşaq və gənclər futbolunun istifadəsinə verilib.

Namiq HUN

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər