Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi
ABŞ Prezidenti Donald Tramp İranla hazırda heç bir danışıqların və əlaqələrin aparılmadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Amerika lideri sosial şəbəkə hesabında paylaşıb.
Tramp qeyd edib ki, İranla danışıqlar aparılmır və belə təmasların keçirilməsi də planlaşdırılmır.
O, həmçinin İran istiqamətində tətbiq edilən dəniz blokadasının tam şəkildə qüvvədə qaldığını və fəaliyyətini davam etdirdiyini deyib.
Trampın sözlərinə görə, Hörmüz boğazı açıqdır və normal fəaliyyət göstərir. O əlavə edib ki, bütün dəniz minaları ya çıxarılıb, ya da məhv edilib.
Kübra Musayeva