“Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı

“Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı
18.08.2026 18:16 Hadisə

Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda 1 030 avtomobil gözləyir.

TodayPress TV bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Azərbaycan-Rusiya sərhədindəki "Samur" gömrük postunda 47, Azərbaycan-İran sərhədindəki "Astara" gömrük postunda isə 37 yük maşını var.

Hazırda "Xanoba", "Mazımqara" və "Biləsuvar" gömrük postlarında gözləyən avtomobil yoxdur.

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər