Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi

Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi
18.08.2026 16:15 İdman

UFC-nin orta çəki üzrə sabiq çempionu Həmzət Çimayev sosial şəbəkə vasitəsilə təşkilatın rəhbəri Dana Uayta müraciət edib.

TodayPress TV xəbər verir ki, Çimayev rəhbərdən onun üçün növbəti döyüşün təşkil olunmasını istəyib.

“Nəyi gözləyirik? Mən döyüşmək istəyirəm”, – deyə Çimayev Dana Uayta müraciətində yazıb.

Qeyd edək ki, bundan əvvəl Çimayev Uaytdan amerikalı Şon Striklendlə revanş döyüşü təşkil etməsini xahiş etmişdi.

Xatırladaq ki, döyüşçülərin ilk qarşılaşması may ayında baş tutub və amerikalının qələbəsi ilə yekunlaşıb. Bununla da Çimayev peşəkar karyerasında ilk məğlubiyyətini alıb və çempionluq titulunu itirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər