İsrail HƏMAS komandirlərini vurdu
İsrail ordusu Qəzzada HƏMAS komandirlərinə zərbə endirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, İsrail Müdafiə Ordusunun məlumatına görə, zərbə Qəzza zolağının Şati bölgəsində, liman yaxınlığında həyata keçirilib.
Ordunun açıqlamasında bildirilib ki, əməliyyat yüksək dəqiqliklə həyata keçirilib və məqsəd təhlükənin aradan qaldırılması olub.
Ordu həmçinin zərbədən əvvəl mülki əhali arasında itkilərin qarşısını almaq üçün tədbirlər görüldüyünü, o cümlədən yüksək dəqiqlikli sursatlardan və hava müşahidəsindən istifadə edildiyini qeyd edib.
Kübra Musayeva