Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü

Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü
18.08.2026 22:40 Dünya

Belarus Dövlət Sərhəd Komitəsinin əməkdaşları 2021-ci ildən etibarən respublikanın Avropa İttifaqının qonşu ölkələri ilə sərhədində miqrantların ölümü ilə bağlı 96 hal aşkarlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Belarus xarici işlər nazirinin müavini İqor Sekreta Almaniyanın “NachDenkSeiten” nəşrinə müsahibəsində bildirib.

“Bütün bu müddət ərzində çox kədərli statistika əldə etmişik. Litva və Polşa təhlükəsizlik qüvvələri bizim ərazimizə təxminən yüz cəsəd atıb. Belarus Respublikasının Dövlət Sərhəd Komitəsinin məlumatına görə, miqrasiya böhranının başladığı bütün dövr ərzində, yəni 2021-ci ildən etibarən Belarusun Avropa İttifaqı ölkələri ilə sərhədində miqrantların ölümü ilə bağlı 96 fakt aşkarlanıb. Və bunlar yalnız sənədləşdirilmiş hallardır. Qonşularımız onları döyür, bəzilərini öldürür, bəziləri isə birbaşa sərhəddə donvurmadan və aclıqdan ölür”, - deyə o vurğulayıb.

Nazir müavininin sözlərinə görə, Belarus tərəfi sadəcə hasarın üzərindən atılan miqrantların cəsədləri ilə məşğul olmaq məcburiyyətində qalır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər