Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi
Türkiyənin “Fənərbağça” futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Fransanın “Lion” komandası ilə heç-heçə edib.
TodayPress TV xəbər verir ki, İstanbulda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qonaqların heyətində Lois Openda 40-cı dəqiqədə hesabı açıb. “Fənərbağça”nın cavab qolunu isə 47-ci dəqiqədə Meyson Qrinvud vurub.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Levski Sofiya" - AEK - 0:0;
"Dinamo Zaqreb" - "Vikinq" - 2:2.