BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU

BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU
19.08.2026 00:49 Dünya

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla bütün ticarət mübadiləsini və maliyyə əməliyyatlarını “növbəti xəbərdarlığa qədər” dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə BƏƏ-nin dövlətə məxsus “WAM” xəbər agentliyi Xarici İşlər Nazirliyinin strateji kommunikasiyalar üzrə direktoruna istinadən məlumat yayıb.

Hələlik qərarla bağlı əlavə məlumat açıqlanmayıb. Lakin açıqlama BƏƏ Müdafiə Nazirliyinin dəniz gəmiçiliyinə qarşı yönəlmiş iki İran ballistik raketinin aşkarlandığını bildirməsindən sonra verilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər