Türkiyədə zəlzələ baş verdi
Türkiyənin Konya vilayətinin Halkapınar rayonunda 3,4 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) internet saytında yer alıb.
Məlumata görə, zəlzələnin episentri Konya vilayətinin Halkapınar rayonu olub. Həmçinin 7,1 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Aysel Mətləb