Xətaidə baş verən yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ - VİDEO
Xətai rayonunda baş verən yanğın məhdudlaşdırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının tam söndürülməsi üçün tədbirlər davam etdirilir.
***
14:30
Xətai rayonunun NZS qəsəbəsində güclü yanğın başlayıb.
TodayPress TV xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
İlkin məlumata görə, yanğın boş ərazidə baş verib. Şahidlərin sözlərinə görə, ərazidə təkər tullantıları yığılıb.