Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlandı

Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlandı
24.09.2026 12:01 Hadisə

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Buqlov saxlanılıb.

Ondan 32 kiloqram narkotik vasitə aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər