İranda Bəluc üsyanı başladı: General öldürüldü — Gündəm
İranın Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində silahlı toqquşmalar zamanı SEPAH-ın briqada generalı Hüseyn Zərifi öldürülüb.
TodayPress TV xəbər verir ki, İranın SEPAH-a bağlı “Qüds” Quru Qoşunlarının regional qərargahı Zərifinin Saravandakı “Şəhid Səccad” əməliyyat qərargahının komandiri olduğunu təsdiqləyib.
Məlumata görə, Saravanın Cihadabad bölgəsində hərbi və təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında bir neçə saat davam edən qarşıdurma baş verib. SEPAH Zərifinin bu əməliyyat zamanı öldürüldüyünü açıqlayıb.
“Haalvsh” nəşri isə qarşıdurma zamanı qərargahın kəşfiyyat üzrə məsul şəxsi Əhməd Herati Zəraətinin də öldürüldüyünü, ən azı 13 hərbi və təhlükəsizlik əməkdaşının yaralandığını bildirib. Nəşr itkilərlə bağlı məlumatları müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.
İranın rəsmi “Tasnim” agentliyi isə SEPAH-ın açıqlamasına istinadən əməliyyat zamanı beş silahlı şəxsin öldürüldüyünü və Zərifinin də qarşıdurma zamanı həyatını itirdiyini yazıb.
Hadisə İranın cənub-şərqində son günlər silahlı qarşıdurmaların artdığı bir vaxtda baş verib.
Qiymət Mahir