YAP-ın qurultayında Ramiz Mehdiyevlə bağlı qərar verilməsi gözlənilir

YAP-ın qurultayında Ramiz Mehdiyevlə bağlı qərar verilməsi gözlənilir
24.09.2026 12:07 Daxili siyasət

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılması barədə siyasi təşkilatın 8-ci qurultayında qərar verilməsi gözlənilir.

TodayPress TV xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, oktyabrın 2-də keçiləcək qurultayda Ramiz Mehdiyevin partiyadan xaric edilməsi məsələsinə baxılacaq.

YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə bir müddət əvvəl Ramiz Mehdiyevlə bağlı mütləq qərarın veriləcəyini bildirmişdi.

Xatırladaq ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının və Veteranlar Şurasının üzvüdür. O, 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.

Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb.

Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb.

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ramiz Mehdiyevlə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər