Paşinyan sevincindən dediyi sözlərlə tarix yazdı: Azərbaycan və Türkiyəni birləşdiririk

Paşinyan sevincindən dediyi sözlərlə tarix yazdı: Azərbaycan və Türkiyəni birləşdiririk
24.09.2026 11:05 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsini səbirsizliklə gözlədiklərini və bunun regionda nəqliyyat əlaqələrini dəyişəcəyini bildirib.

TodayPress TV xəbər verir ki, Paşinyan bu barədə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən “Concordia” illik sammitində panel müzakirəsi zamanı danışıb.

“İlk növbədə Azərbaycanla dəmir yolu əlaqəsinə sahib olacağıq. Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılmasını və bununla əlaqədar iki ölkə arasında dəmir yolu əlaqəsinin yenidən qurulmasını səbirsizliklə gözləyirik.

Bu, ümumilikdə beynəlxalq logistikanı tamamilə dəyişəcək. Çünki beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut əldə edəcək”, - deyə Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, TRIPP-in paralel nəticəsi olaraq Fars körfəzi ilə Qara dəniz regionunu birləşdirən dəmir yolu xətti də formalaşa bilər. O, Ermənistan hökumətinin bir neçə il əvvəl “Sülh kəsişməsi” (“Crossroads of Peace”) layihəsini hazırladığını və TRIPP-in həyata keçirilməsi ilə bu layihənin də reallığa çevrildiyini bildirib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər