“Futbol azarkeşlərinə ayrı-seçkilik edilir!” - Baş nazir stadionlarda pivə yasağına qarşı çıxdı
Böyük Britaniyanın Baş naziri Endi Bernem 1980-ci illərdə futbol matçları zamanı tətbiq edilən spirtli içki qadağasının ləğv olunmasının vacibliyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “ESPN” məlumat yayıb.
Baş nazir başqa idman növləri ilə müqayisədə futbol azarkeşlərinə qarşı ayrı-seçkilik edildiyini vurğulayıb:
“Futbol azarkeşlərinə bu şəkildə fərqli münasibət bəslənilməsini ədalətli hesab etmirəm. Mənim fikrimcə, bu qanunvericilik futbolun tamamilə fərqli olduğu bir dövrə aiddir və bu ayrı-seçkiliyi aradan qaldırmaq üçün ciddi əsaslar var.
Bütövlüklə olmasa da, bəlkə də sınaq çərçivəsində müəyyən addımlar atmaq olar. Bir idman növünün azarkeşlərinə digərlərindən fərqli yanaşılmasını heç cür anlaya bilmirəm”.
Futbol Azarkeşləri Assosiasiyası (FSA) da Baş nazirin bu təşəbbüsünə dəstək verib. Təşkilatın rəhbəri Tom Qreytreks bildirib ki, eyni stadionda reqbi matçı və ya musiqi konserti zamanı spirtli içki içməyə icazə verildiyi halda, futbol azarkeşlərini buna görə məsuliyyətə cəlb etmək ədalətsizlikdir.
Namiq HUN