Sofiyada qızıl həyəcanı: İki boksçumuz çempionluq üçün rinqə çıxacaq!

Sofiyada qızıl həyəcanı: İki boksçumuz çempionluq üçün rinqə çıxacaq!
24.09.2026 08:23 İdman

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən böyüklər arasında Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, növbəti yarış gününün yekunlarına əsasən, Azərbaycan milli komandasının iki boksçusu adını finala yazdırıb.

Sübhan Məmmədov (50 kq) yarımfinal mərhələsində Türkiyə təmsilçisi Samet Gümüşü məğlub edərək həlledici döyüşə vəsiqə qazanıb. Digər təmsilçimiz Nəbi İsgəndərov (70 kq) isə irlandiyalı Con Makkoneli üstələyərək finala yüksəlib.

Yarımfinalın digər qarşılaşmasında 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev İngiltərə boksuçu Damar Tomasa məğlub olaraq Avropa çempionatını bürünc medalla tamamlayıb.

Yarımfinalçılarımızın sırasına daha bir idmançımız qoşulub. Seyidcəmşid Cəfərov (75 kq) 1/4 final mərhələsində İsveç təmsilçisi Kevin Skott üzərində qələbə qazanaraq yarımfinala adlayıb.

Qeyd edək ki, daha əvvəl Amin Məmmədzadə (55 kq) də yarımfinala vəsiqəni təmin etmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər