İkinci Dünya müharibəsinin QANLI İZİ: 80 il gizlənməyi bacardı, amma...

İkinci Dünya müharibəsinin QANLI İZİ: 80 il gizlənməyi bacardı, amma...
24.09.2026 07:00 Dünya

Dortmund Prokurorluğu İkinci Dünya müharibəsi illərində Vestfaliyadakı "Stalag 326 VI K Senne" hərbi əsir düşərgəsində mühafizəçi kimi xidmət etmiş 105 yaşlı kişi barəsində araşdırma aparır.

TodayPress TV xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniya mediasının məlumatına görə, kişi düşərgədə xidmət etdiyi dövrdə çoxsaylı qətllərə yardım etməkdə şübhəli bilinir. Araşdırma Lüdviqsburqdakı Milli Sosializm cinayətlərinin araşdırılması üzrə Mərkəzi İdarənin təqdim etdiyi materiallardan sonra başlayıb.

İlkin mərhələdə iki keçmiş mühafizəçi yoxlanılıb. Lakin şübhəlilərdən biri artıq vəfat edib.

105 yaşlı şübhəli Almaniya tarixində cinayət işlərində adı keçən ən yaşlı şəxslərdən biri ola bilər.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər