Sevgilisi üçün övladını ÖLÜMƏ TƏRK ETDİ – 9 saat sonra qayıdanda hər şey gec idi...
ABŞ-də xəstə üç yaşlı oğlunu 7 və 8 yaşlı qardaşlarının himayəsində qoyaraq evdən gedən qadın 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrum edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Court TV” məlumat yayıb.
Hadisə 2024-cü ilin aprelində baş verib. Cennifer Prudensio üç azyaşlı övladını evdə tək qoyaraq sevgilisinin yanına gedib.
Prudensionun böyük oğlu bir neçə dəfə anasına yazaraq hemofiliya və epilepsiyadan əziyyət çəkən üç yaşlı Yaelin vəziyyətinin pisləşdiyini və uşağın davamlı qusduğunu bildirib. Ana tezliklə evə gələcəyini desə də, yalnız 9 saat sonra qayıdıb və Yaeli yataqda ölü vəziyyətdə tapıb.
Qadın saxlanılıb və oğlunun vəziyyətinin pisləşdiyini bildiyini, lakin kömək çağırışlarına məhəl qoymadığını etiraf edib. Hadisədən bir neçə gün əvvəl uşağın qan qusduğu və anasının onu iki dəfə həkimə apardığı da məlum olub. Lakin həkimlər uşağa kömək edə bilməyiblər.
Məhkəmənin qərarına əsasən, Prudensio 4 ildən 6 ilədək həbs cəzasına məhkum edilib. Cəzanın ardından onun üzərində 3 il sınaq müddəti tətbiq olunacaq.
Hazırda Yaelin böyük qardaşları nənələri ilə birlikdə yaşayırlar.
Aysel Mətləb