“Qızıl top” hərisliyi Mbappeni hədəfə çıxardı: “Xalis demoqogiyadır!”
Fransalı jurnalist Daniel Riolo “Real Madrid”in hücumçusu Kilian Mbappeni müsahibəsində “Qızıl top”u qazanmaq istəyi ilə bağlı verdiyi bəyanatlara görə kəskin tənqid edib.
TodayPress TV “RMC Sport”a istinadən xəbər verir ki, buna səbəb ulduz futbolçunun 2026-cı ildə bu mükafata layiq namizəd olduğunu bildirməsi olub.
Riolo fransalı hücumçunun çıxışını və açıqlamalarını biabırçılıq kimi qiymətləndirib:
“O, “Atletiko” ilə oyunda bərbad təsir bağışladı. Müsahibədə dedikləri xalis demoqogiyadır. Müsahibələrini oxuyanda adam xəcalət çəkir. Ətrafında komandaya nə verib-vermədiyi ilə bağlı xeyli müzakirə var. Bu kampaniyanı ümumiyyətlə anlamıram. Məqsədini başa düşsəm də, vasitələrin buna haqq qazandırdığına inanmıram.
Ucuz “Qızıl top” olduğunu deməyəcəyəm, lakin belə uğura can atma forması məndə təəssüf hissi doğurur”.
Namiq HUN