Bakıda böyük sürət həftəsonu başladı: "Formula-1" mühərrikləri işə düşür!

Bakıda böyük sürət həftəsonu başladı: "Formula-1" mühərrikləri işə düşür!
24.09.2026 08:34 İdman

Bu gün Bakı şəhər halqasında “Formula-1” üzrə 2026-cı il mövsümünün 15-ci mərhələsi olan Azərbaycan Qran-prisinin iki sərbəst yürüşü keçiriləcək.

TodayPress TV xəbər verir ki, ilk təcrübə sessiyası Bakı vaxtı ilə saat 12:30-da, ikinci sərbəst yürüş isə saat 16:00-da başlayacaq.

Geridə qalan 14 mərhələdən sonra pilotların fərdi hesabına “Mercedes”in italiyalı sürücüsü Andrea Kimi Antonelli liderlik edir. İkinci pillədə onun komanda yoldaşı, böyük britaniyalı Corc Rassell qərarlaşıb. İlk üçlüyü isə “Ferrari”nin şərəfini qoruyan yeddiqat dünya çempionu Lyuis Hemilton qapayır.

Namiq Hun

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər