Si Cinpin: "Çin və ABŞ düşmən yox, tərəfdaş olmalıdır"

Si Cinpin: "Çin və ABŞ düşmən yox, tərəfdaş olmalıdır"
24.09.2026 08:53 Dünya

Çin rəhbəri Si Cinpin Çin və ABŞ-nin düşmən deyil, tərəfdaş olmalı olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, "CGTN"in məlumatına görə, Si Cinpin iki ölkənin böyük güclər olduğunu və xalqlar arasında uzun illərdir dostluq əlaqələrinin mövcudluğunu qeyd edib.

Çin lideri bildirib ki, Pekin və Vaşinqtonun maraqları bir-biri ilə sıx bağlıdır. Onun sözlərinə görə, Çinin inkişafı və ABŞ-nin “Amerikanı yenidən böyük etmək” məqsədi bir-biri ilə ziddiyyət təşkil etməməli, əksinə, qarşılıqlı uğurlara və bütün dünyanın faydasına xidmət etməlidir.

Daha əvvəl ABŞ Prezidenti Donald Trampın Çinə səfər edən Si Cinpini təyyarənin pilləkənlərində qarşıladığı bildirilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər