Portuqaliya titulu qorumağa çıxır: Ronaldu start öncəsi sükutu pozdu!

Portuqaliya titulu qorumağa çıxır: Ronaldu start öncəsi sükutu pozdu!
24.09.2026 09:42 İdman

“Əl-Nəsr”in və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldu UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündə komandasının ilk matçından əvvəl sosial şəbəkə hesabında paylaşım edib.

TodayPress TV xəbər verir ki, ulduz futbolçu özünün “X” hesabında azarkeşlərinə müraciət ünvanlayıb:

“Millətlər Liqası. Bütün gücümüzü ortaya qoyacağıq!”

Portuqaliya millisi sentyabr və oktyabr aylarında Millətlər Liqası çərçivəsində dörd qarşılaşma keçirəcək. Jorje Jezuşun rəhbərlik etdiyi seçmə komanda Uelsdən başqa, Norveç (27 sentyabrda Osloda və 4 oktyabrda Portuda) və Danimarka (1 oktyabrda Kopenhagendə) ilə üz-üzə gələcək.

Qeyd edək ki, 41 yaşlı Kriştianu Ronaldu 233 oyun və 146 qolla Portuqaliya milli komandasının rekordçusudur. Ulduz hücumçu milli komandanın heyətində 2016-cı ildə Avropa çempionu olub, həmçinin iki dəfə Millətlər Liqasının kubokunu başı üzərinə qaldırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər