Monitor AYNA-nın tədbirində aşıb? - Açıqlama
Xəbər verdiyimiz kimi, Bakı şəhər Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində monitor aşması nəticəsində qadın xəsarət alıb.
TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bədbəxt hadisənin AYNA-nın “Mikromobillik” həftəsi çərçivəsində təşkil etdiyi “Avtomobilsiz gün” tədbirində baş verdiyi yazılıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov saytımıza açıqlamasında bildirib ki, vətəndaşın vəziyyəti nəzarətdə saxlanılır.
“Bütün lazımi tibbi tədbirlər həyata keçirilir. Hadisə ilə bağlı araşdırma aparılır”, - açıqlamada qeyd olunub.