Rusiyaya ən böyük PUA hücumlarından biri: Təhlükə elan olundu
Rusiya ərazisinə, o cümlədən Moskva istiqamətinə genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumunun həyata keçirildiyi bildirilir.
TodayPress TV xəbər verir ki, monitorinq kanallarının məlumatına görə, Rusiya istiqamətində 300-dən çox PUA havaya qalxıb. Rusiya rəsmiləri hava hücumundan müdafiə qüvvələrinin müxtəlif bölgələrdə çoxsaylı dronu zərərsizləşdirdiyini açıqlayıb.
Hadisə ilə əlaqədar bir sıra hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edildiyi, hücumun nəticələri ilə bağlı isə məlumatların dəqiqləşdirildiyi bildirilir.