Tramp indi də bura “əl atdı”
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-nin nəzarətində olmalı olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
O, Danimarkanın Qrenlandiyaya kifayət qədər vəsait ayırmadığını iddia edərək adanın strateji əhəmiyyət daşıdığını vurğulayıb.
“Danimarka Qrenlandiya üçün pul xərcləmir. Qrenlandiya ABŞ üçün vacib ərazidir və Rusiya ilə Çin gəmiləri tərəfindən əhatə olunub. Bu, baş verməyəcək. Qrenlandiya Danimarkanın deyil, ABŞ-nin nəzarətində olmalıdır”, - deyə Tramp bildirib.