Tramp Avropanı boşaldır? – Hərbi kontingentin taleyi bir kəlmədən asılı qaldı
ABŞ Prezidenti Donald Tramp Avropadakı Amerika hərbi kontingentinin daha da azaldılması ilə bağlı qərar verib-vermədiyini açıqlamayıb.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə Ankarada NATO sammiti ərəfəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı jurnalistlərin sualını cavablandırarkən danışıb.
Avropadakı ABŞ qoşunlarının sayının azaldılması ilə bağlı suala cavab verən Tramp "Baxarıq" deməklə kifayətlənib.
ABŞ prezidenti çıxışı zamanı NATO-nu yenidən tənqid edərək, hətta sammitdə iştirak etməməyi də düşündüyünü bildirib.
Qiymət Mahir