Tramp: Sammitə Ərdoğana görə gəldim, yoxsa gəlməzdim...

Tramp: Sammitə Ərdoğana  görə gəldim, yoxsa gəlməzdim...
07.07.2026 17:30 Dünya

ABŞ Prezidenti Donald Tramp NATO-nun son sammiti və müttəfiqləri ilə bağlı səs-küylü açıqlamalar verib.

TodayPress TV xəbər verir ki, o, qurumun mövcud siyasətindən "çox məyus" olduğunu vurğulayıb.

Tramp bəyan edib ki, əgər növbəti sammit Türkiyədə keçirilməsəydi, tədbirə qatılmaqdan imtina edə bilərdi. O, bu qərarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla olan şəxsi münasibətlərinin mühüm rol oynadığını qeyd edib:

"Əgər sammit Türkiyədə, dostum — çox güclü lider və çox güclü insan olan Rəcəb Tayyib Ərdoğanın da olduğu yerdə keçirilməsəydi, mən bu tədbirə gəlməyə bilərdim".

Jalə Rövşən 

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər