Ağ Ev qrafiki təsdiqlədi – Tramp əvvəlcə Zelenski, sonra isə Suriyanın yeni lideri ilə nəyi bölüşəcək?
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 8-də Ankarada keçirilən NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Strana.ua" Ağ Evə istinadən məlumat yayıb.
Məlumata görə, Zelenski ilə Tramp arasında görüş Kiyev vaxtı ilə saat 14:30-da başlayacaq və bir saat davam edəcək.
Ağ Evin açıqladığı rəsmi proqrama əsasən, bundan sonra Donald Tramp Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə görüş keçirəcək.
"Bloomberg" agentliyinin məlumatına görə, Zelenski ABŞ prezidenti ilə danışıqlar ərəfəsində nikbin əhval-ruhiyyədədir. Bildirilir ki, Ukrayna liderinin NATO-ya üzv digər ölkələrin rəhbərləri ilə də bir sıra görüşləri planlaşdırılıb.
Qiymət Mahir