Bu transfer baş tutsa, Azərbaycan futbolunun ən bahalı satışı reallaşacaq

Bu transfer baş tutsa, Azərbaycan futbolunun ən bahalı satışı reallaşacaq
07.07.2026 18:19 İdman

Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferi ilə bağlı razılıq əldə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Şotlandiyanın “The Herald” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Qlazqo təmsilçisi 24 yaşlı kolumbiyalı futbolçunun keçidi üçün “Qarabağ”a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) ödəyəcək. Bu məbləğlə bağlı iddia təsdiqini tapsa, Duran Azərbaycan futbolu tarixində satılan ən bahalı oyunçu olacaq.

Qeyd edək ki, dünən yayılan xəbərdə Kamilo Duranın “Seltik”ə transferinin yaxın günlərdə rəsmiləşəcəyi qeyd olunmuşdu.

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər