Təyyarə sərt eniş etdi, aeroport bağlandı - VİDEO

Təyyarə sərt eniş etdi, aeroport bağlandı - VİDEO
07.07.2026 16:42 Dünya

Bişkekdə sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində "Manas" Beynəlxalq Aeroportu fəaliyyətini müvəqqəti dayandırıb.

TodayPress TV  xəbər verir ki,  bu barədə yerli media məlumat yayıb. 

Belə ki, Qırğızıstanın "TezJet" aviaşirkətinə məxsus sərnişin təyyarəsi daxili reyslə eniş edərkən qəzaya uğrayıb və böyür üstə aşıb.

Sərnişinlər dərhal təxliyə ediliblər.

İlkin məlumatlara görə, hadisə zamanı ölən və ya ciddi xəsarət alan olmayıb.

Hazırda fövqəladə xidmətlər ərazidə işləyir. 

Jalə Rövşən 


XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər