DÇ-2026: Argentina - Misir matçında ikinci hissə başladı - YENİLƏNDİ

DÇ-2026: Argentina - Misir matçında ikinci hissə başladı - YENİLƏNDİ
07.07.2026 20:55 İdman

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ikinci hissə başlayıb.

TodayPress TV xəbər verir ki,  Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.

15-ci dəqiqədə Yasser İbrahim başla "çərçivə"ni dəqiq nişan alıb.

Qarşılaşmanın 21-ci dəqiqəsində Argentina yığmasının kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.

20:55

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ilk hissə bitib.

TodayPress TV xəbər verir ki,  Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.

15-ci dəqiqədə Yasser İbrahim başla "çərçivə"ni dəqiq nişan alıb.

Qarşılaşmanın 21-ci dəqiqəsində Argentina yığmasının kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.

20:32

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ilk qol vurulub.

TodayPress TV xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.

15-ci dəqiqədə Yasser İbrahim başla çərçivəni dəqiq nişan alıb.

20:03

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, 1/8 final mərhələsinin matçı Atlanta stadionunda keçirilir.

Qarşılaşmanı fransalı FIFA referisi Fransua Leteksye idarə edir.

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər