ABŞ Avropadan əlini çəkir? - Rusiya üçün fürsət, NATO üçün risk

ABŞ Avropadan əlini çəkir? -     Rusiya üçün fürsət, NATO üçün risk
07.07.2026 22:30 Dünya

NATO-nun Ankarada keçirilən sammitində əsas müzakirə mövzularından biri ABŞ-nin Avropadakı hərbi mövcudluğu və alyans daxilində gələcək məsuliyyət bölgüsüdür.

TodayPress TV xəbər verir ki, bu barədə Center for Strategic and International Studies (CSIS) tərəfindən yayımlanan təhlildə qeyd olunub.

Məqalədə qeyd olunur ki, Vaşinqtonun NATO-dakı rolunu azaltması və Avropadakı qoşunlarının bir hissəsini geri çəkməsi ilə bağlı ehtimallar müttəfiqlər arasında narahatlıq yaradıb. Bildirilir ki, ABŞ-nin Avropadan hərbi qüvvələrini çıxarması Rusiyanın qarşısının alınması strategiyasını zəiflədə və NATO daxilində balansı poza bilər.

Analitiklər hesab edir ki, ABŞ-nin əsas diqqəti Çinlə rəqabətə yönəlsə də, Avropadakı təhlükəsizlik məsələləri Vaşinqton üçün hələ də strateji əhəmiyyət daşıyır. Buna görə də ABŞ-nin NATO-dan tam uzaqlaşması deyil, Avropa ölkələrinin müdafiədə daha böyük məsuliyyət götürməsi əsas xətt kimi göstərilir.

Sammitdə vurğulanır ki, gələcək modeldə Avropa öz təhlükəsizliyində daha çox rol almalı, ABŞ isə alyansın əsas strateji dayağı olaraq qalmalıdır. ABŞ qoşunlarının Avropadakı mövcudluğu isə NATO-nun Rusiyanı çəkindirmə imkanlarının əsas elementlərindən biri hesab olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər