Sabah UEFA ÇL-dəki matçında qələbə qazandı
"Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.
TodayPress TV xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edib.
Masazırdakı "Bank Respublika Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris fərqlənib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.