Ərdoğanın seçdiyi marş Yunanıstanda köhnə yaraları yenidən qanatdı - VİDEO

Ərdoğanın seçdiyi marş Yunanıstanda köhnə yaraları yenidən qanatdı - VİDEO
07.07.2026 23:13 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident sarayında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə rəsmi görüş keçirib.

TodayPress TV xəbər verir ki, görüşün təntənəli qarşılama mərasimində hərbi orkestr məşhur Osmanlı marşı “Ceddin Deden”i ifa edib. Marş iki ölkə liderinin qırmızı xalı üzərində salamlaşdığı anda səsləndirilib.

Musiqi seçimi Yunanıstanda geniş rezonans doğurub. Yunan ictimaiyyətində bu addım Ankaranın Afinaya ünvanladığı simvolik və sərt geosiyasi mesaj kimi qiymətləndirilib.

Qeyd edək ki, “Ceddin Deden” marşı xüsusilə 1919-1922-ci illərdə baş vermiş Yunanıstan-Türkiyə müharibəsi zamanı istifadə olunub. Birinci Dünya müharibəsindən sonra yunan qoşunlarının İzmirə çıxmasından sonra başlayan qarşıdurma dövründə bu marş Mustafa Kamal Atatürk rəhbərliyində aparılan Türkiyə İstiqlal Müharibəsinin qeyri-rəsmi rəmzlərindən birinə çevrilmişdi. Marş İnönü və Sakarya döyüşləri zamanı türk əsgərləri tərəfindən oxunurdu və Yunanıstan ordusunun məğlubiyyəti ilə əlaqələndirilir. Buna görə də bu musiqi Yunanıstanda bu gün də həssas tarixi simvollardan biri hesab olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər