“Şamaxinka” tunelində YANĞIN: Hərəkət iflic oldu - VİDEO
Paytaxtın Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin "Şamaxinka" tunelindən çıxış hissəsində avtomobildə yanğın baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən TodayPress TV-yə verilən məlumata görə, hadisə səbəbindən həm "Xırdalan" dairəsi, həm də metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.