Azərbaycan-Gürcüstan sərhədində zəlzələ oldu

Azərbaycan-Gürcüstan sərhədində zəlzələ oldu
28.08.2026 16:39 Hadisə

Azərbaycan-Gürcüstan sərhədində 3,2 bal gücündə zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzinin məlumatına görə, yeraltı təkanlar səhər saat 09:45-də qeydə alınıb.

Zəlzələnin episentri Azərbaycan ərazisində, Gürcüstan sərhədindən təxminən 2 kilometr məsafədə yerləşib.

Yeraltı təkanların ocağı 23 kilometr dərinlikdə olub.

Zəlzələnin dağıntı və xəsarətlərə səbəb olub-olmadığı barədə məlumat verilməyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər