Messi iki rekorda imza atdı

Messi iki rekorda imza atdı
07.07.2026 22:58 İdman

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misirlə matçda iki rekord müəllifi olub.

TodayPress TV QOL.az-a istinadən xəbər verir ki, argentinalı ulduz sözügedən oyunda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalıb. 

"Opta" nəşrinin məlumatına görə, o, bununla dünya çempionatlarında vurduğu qolların sayını 21-ə çatdıraraq turnirin bombardirləri siyahısında liderliyini möhkəmləndirib.

Messi eyni zamanda mundiallardakı məhsuldar ötürmələrinin sayını 9-a yüksəldib. Bununla da, o, mundillar tarixində həm də ən çox qol ötürməsi müəllifi olub.

Qeyd edək ki, matç Argentina yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər