Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə qaz olmayacaq

Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə qaz olmayacaq
08.07.2026 01:30 Cəmiyyət

İyulun 8-də Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq.

TodayPress TV  Report-a istinadən xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/10/6 kV-luq "Səmədabad" yarımstansiyasından çıxan 35 kV-luq "Səmədabad" hava xəttində təmir işləri görüləcək.

Buna görə də sabah saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd və Səmədabad kəndləri gərginliksiz qalacaq.

Həmçinin Cəlilabad EŞ ərazisində yerləşən 110/35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 110 kV-luq "Cəlilabad" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 13:00-dan 15:00-dək Biləsuvarın Amankənd, Cəlilabadın Günəşli, Sabirabad, Alar kəndlərinə elektrik verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər elektrik enerjisi ilə təmin olunacaq.

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər