Prezidentdən traktor istəyən Gülərin arzusu reallaşdı – VİDEO

Prezidentdən traktor istəyən Gülərin arzusu reallaşdı – VİDEO
19.08.2026 13:07 Cəmiyyət

İyulun 11-də Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub, kəndə qayıdan sakinlərlə görüşüb.

TodayPress TV görüş zamanı kənd sakini Əsəd Əsədovun ailəsi ilə söhbət edən dövlət başçısından balaca Gülər Əsədova traktor istəyib.

Azərbaycan Televiziyası (AzTV) komandası Kiçik Qaladərəsi kəndində olub, həm kəndə qayıdışdan sonra burada həyatın necə canlandığını, həm də balaca Gülərin arzusunun necə gerçəkləşdiyini lentə alıb.

Qeyd edək ki, Böyük Qayıdış çərçivəsində sakinlərini qarşılayan Kiçik Qaladərəsi kəndinə ilkin mərhələdə 15 ailə - 51 nəfər köçürülüb. Kəndə qayıdış prosesi ilin sonunadək davam edəcək.

Balaca Gülərin Prezidentdən istədiyi traktor isə artıq Əsədovlar ailəsinə təqdim olunub.

Ətraflı videoda:

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər