Hər gün içilən bu içki ürəyə zərər vura bilər

Hər gün içilən bu içki ürəyə zərər vura bilər
08.07.2026 02:46 Sağlamlıq

Yay aylarında güclü tərləmə nəticəsində orqanizm elektrolitlər (natrium, kalium, maqnezium və kalsium kimi minerallar) itirə bilər. Mütəxəssislər bildirirlər ki, bu maddələr sinir sistemi, əzələlərin fəaliyyəti, maye balansı və ürəyin normal işləməsi üçün vacibdir.

TodayPress TV xəbər verir ki, dietoloqların sözlərinə görə, isti havada hər kəsin elektrolit tərkibli içkilərə ehtiyacı olmur. Kondisionerli mühitdə olan və fiziki aktivliyi az olan insanlar üçün adi su və balanslı qidalanma adətən kifayət edir.

Həkimlər xəbərdarlıq edirlər ki, elektrolitlərin həddindən artıq qəbulu ürək-damar problemlərini ağırlaşdıra bilər. Onların çatışmazlığı və ya balansının pozulması isə yorğunluq, əzələ qıcolmaları, ürəkbulanma, baş ağrısı və ürək ritminin pozulması kimi əlamətlərlə özünü göstərə bilər.

Mütəxəssislər elektrolitlərin əsasən qida vasitəsilə qəbul edilməsini tövsiyə edir və meyvə, tərəvəz, süd məhsulları, qoz-fındıq və toxumlarla zəngin qidalanmağın daha faydalı olduğunu bildirirlər.

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər