Məsud Pezeşkian sabah ABŞ-yə gedəcək

Məsud Pezeşkian sabah ABŞ-yə gedəcək
21.09.2026 13:36 Dünya

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə İran Prezidentinin ofisindən bildirilib.

Məlumatda qeyd edilib ki, Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək məqsədilə sabah Nyu-Yorka yola düşəcək.

Məlumata görə, ABŞ hökuməti İran Prezidentinin media heyətinə viza verməyib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi dünən axşam Nyu-Yorka yola düşüb.

TodayPress TV

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər