UNESCO-da Azərbaycanın bəyanatı səsləndirildi

UNESCO-da Azərbaycanın bəyanatı səsləndirildi
07.10.2025 11:09 Xarici siyasət

Parisdə UNESCO İcraiyyə Şurasının 222-ci sessiyası öz işinə başlayıb.

TodayPress TV xəbər verir ki, sessiyanın plenar debatlar hissəsində Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkənin bəyanatını səsləndirib.

Sənəddə Azərbaycanın İcraiyyə Şurasına son dördillik üzvlüyü dövründə həyata keçirdiyi aktiv fəaliyyəti haqqında məlumat verilib, ölkənin bundan sonra da UNESCO platformasında fəal iştirak və təşkilatın mandatına töhfə verməkdə davam edəcəyi vurğulanıb.

E.Abdullayev BMT Nizamnaməsinin və UNESCO Konstitusiyasının qəbulunun 80 illiyi münasibətilə beynəlxalq həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Bu səpkidə Azərbaycanın regionda sülh, təhlükəsizlik və əməkdaşlıq naminə gördüyü işlər, o cümlədən Ermənistanla sülh prosesinin irəli aparılması istiqamətində atdığı addımlar diqqətə çatdırılıb. Bu xüsusda, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilmiş tarixi görüş və sülh sazişi mətninin ilkin paraflanması xüsusi qeyd olunub.

Azərbaycan-UNESCO əməkdaşlığına toxunan daimi nümayəndə keyfiyyətli təhsil istiqamətində həyata keçirilən layihələr, elm və süni intellekt sahəsində təşəbbüslər, qadınların və gənclərin elmdə rolunun gücləndirilməsi, habelə "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası dialoqun təşviqini xüsusi olaraq vurğulayıb. Eyni zamanda, irqçiliyin bütün formalarına və təzahürlərinə qarşı UNESCO çərçivəsində birgə mübarizənin zəruriliyi ifadə olunub.

Sonda Azərbaycanın UNESCO-nun dəyərlərinə sadiq qalaraq beynəlxalq sülhün möhkəmləndirilməsi yolunda fəaliyyətini qətiyyətlə davam etdirəcəyi açıqlanıb.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Bütün Xəbərlər