Küveyt İranın iki diplomatını ölkədən QOVDU
Küveyt Xarici İşlər Nazirliyi İranın diplomatik missiyasının iki üzvünü "persona non grata" (arzuedilməz şəxs) elan edib və onların dərhal ölkədən çıxarılmasını tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə nazirlik tərəfindən yayılan bəyanatda bildirilib.
Bəyanata əsasən İranın addımları ilə bağlı rəsmi etiraz bildirmək üçün ölkənin müvəqqəti işlər vəkili nazirliyə çağırılıb.
XİN-in məlumatına görə, qovulan iki diplomatik nümayəndə 24 saat ərzində Küveyti tərk etməlidir.
Aysel Mətləb