Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı
Bakıda avtomobil satışı adı altında dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı M.Abuzərli polis əməkdaşları tərəfindən saxlanılıb.
TodayPress TV-nin əldə etdiyi məlumata görə, o, avtomobil almaq istəyən vətəndaşlara nəqliyyat vasitələrini kredit yolu ilə əldə edə biləcəklərini bildirərək onlardan ilkin ödənişlər alıb.
Lakin verdiyi vədləri yerinə yetirməyərək pul vəsaitlərini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.