Rusiyada ölümcül xəstəlik: ABŞ narahatdır
ABŞ administrasiyası Rusiyanın İrkutsk vilayətində mümkün taun hadisəsi ilə bağlı vəziyyəti izləyir. Buna səbəb taun əleyhinə institutun 28 yaşlı əməkdaşının laboratoriya insidenti nəticəsində yoluxmuş ola biləcəyi ehtimalıdır.
TodayPress TV “Axios”a istinadla xəbər verir ki, Darya Şipilova sentyabrın 25-də ağciyər taununa səbəb olan patogenin olduğu sınaq şüşəsini sındırıb. Sentyabrın 29-da ağır pnevmoniya ilə xəstəxanaya yerləşdirilən qadın oktyabrın 1-2-də vəfat edib.
Hadisədən sonra bir neçə tibb müəssisəsində karantin tətbiq olunub. Qadınla təmasda olan 200-ə yaxın şəxs tibbi nəzarət altındadır.
Hazırda onların hamısının test nəticələri mənfidir. Heç kimdə xəstəliyin əlamətləri aşkarlanmayıb.
Kübra Musayeva