"Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir
"İrəvanın seçiminin Moskva ilə qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində olacağına və bunun tarixi baxımdan düzgün qərar olacağına ümid edirik".
TodayPress TV xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib.
O qeyd edib ki, son vaxtlar baş verən hadisələr Ermənistanın seçim etməli olduğunu göstərir.
"Biz hesab edirik ki, bu seçim Rusiya ilə ənənəvi, dərin, qardaşlıq münasibətlərinin gücləndirilməsi xeyrinə tarixi baxımdan doğru olacaq. Ermənistan xalqı bundan həmişə fayda görüb və əminəm ki, bundan sonra da faydalanacaq", - deyə Ryabkov əlavə edib.