İran, İraq, Əfqanıstan… Tramp bütün müharibələri bir siyahıda topladı
ABŞ Prezidenti Donald Tramp müxtəlif münaqişələr zamanı ABŞ hərbçilərinin itkiləri ilə bağlı müqayisəli rəqəmlər açıqlayıb.
TodayPress TV xəbər verir ki, Trampın təqdim etdiyi məlumata görə:
Əfqanıstandakı müharibə 20 il davam edib, 2 min nəfər həlak olub;
İraq müharibəsi 9 il davam edib, 4 600 nəfər itki qeydə alınıb;
Vyetnam müharibəsi 19 il 5 ay çəkib, 58 220 nəfər həyatını itirib;
Koreya müharibəsi 3 il 1 ay davam edib, 36 574 nəfər ölüb;
Venesuela ilə silahlı qarşıdurma 1 gün davam edib və itki olmayıb;
İranla hərbi münaqişə isə 4 ay davam edib, 18 nəfər həlak olub.
Tramp bu rəqəmləri əvvəlki müharibələrlə müqayisə məqsədilə təqdim edib.